●Balans, Mənfəət və Zərər Hesabatı, Pul Vəsaitlərinin Hərəkəti Hesabatı və
digər maliyyə hesabatlarının hazırlanması və təhlili.
●Kassa qalığı, bank hesabları, mədaxil və məxaric əməliyyatlarına gündəlik
nəzarətin həyata keçirilməsi.
●Gəlir və xərclərin düzgün uçotunun aparılmasına, maliyyə əməliyyatlarının
və hesabatların düzgünlüyünə nəzarət.
●Debitor və kreditor borcların uçotu, gündəlik monitorinqi və kənarlaşmaların
müəyyən edilərək aradan qaldırılması.
●Anbarlar üzrə mal-material hərəkətinin, mədaxil, məxaric və digər anbar
əməliyyatlarının yoxlanılması və nəzarətdə saxlanılması.-
●Dövlət Vergi Xidməti, DSMF,Statistika və digər dövlət qurumlarına təqdim
edilən məcburi hesabat və bəyannamələrin hazırlanması və göndərilməsi.
●Şirkətin maliyyə planlarının hazırlanması,gəlir və xərclərin büdcələşdirilməsi
və büdcə icrasının monitorinqi.
●Maliyyə göstəricilərinin analitikası,faktiki nəticələrin plan və büdcə
göstəriciləri ilə müqayisəsi və kənarlaşmaların təhlili.
●Risklərin müəyyənləşdirilməsi,qiymətləndirilməsi və mümkün risklərin
qarşısının alınması və ya azaldılması üzrə tədbirlərin hazırlanması.
●Daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, biznes proseslərində
nəzarət boşluqlarının müəyyən edilməsi və aradan qaldırılması.
●Təsdiq edilmiş audit prosedurlarına uyğun yoxlamaların və auditproseslərinin həyata keçirilməsi.
●Check-list əsasında yoxlamaların aparılması, aşkar edilmiş uyğunsuzluq və
pozuntuların qeydiyyata alınması və müvafiq tədbirlərin görülməsi.
●Risklərin aradan qaldırılması üzrə hazırlanmış tədbirlər planlarının
effektivliyinin qiymətləndirilməsi və müəyyən edilmiş deadline-lara riayət
olunmasına nəzarət.
●Xərclərdə səmərəsizliyin və israfçılığın qarşısının alınması məqsədilə biznes
proseslərinin təhlili və təkmilləşdirilməsi.