Mühasibat və vergi sahəsində 7 ilə yaxın təcrübəyə malikəm. Çalışdığım şirkətlərdə, əsasən, tək mühasib kimi fəaliyyət göstərərək həm Baş mühasib işlərini, həm də kadr (HR) kargüzarlığını təkbaşına idarə etmişəm. Qarşıma qoyulan bütün tapşırıqların öhdəsindən hər zaman məsuliyyətlə gəlmişəm.
Şirkətlərdə 1C və ya digər xüsusi mühasibat proqramları olmadığı hallarda, hər bir maliyyə prosesinin uçotunu öz hazırladığım daxili və funksional Excel cədvəlləri üzərindən sıfırdan qurmuşam. Bütün vergi hesabatlarını dəqiqliklə hazırlayıb vaxtında vergi orqanına təqdim edirəm.
Şirkətin əvvəlcədən yaranmış borcları və oluna biləcək maliyyə riskləri barədə sahibkara öncədən məlumat verir, eyni zamanda qanunvericiliklə təsdiqlənmiş vergi güzəştləri və azadolmalarını düzgün tətbiq edirəm. İşçi və kadr sənədləşməsi ilə yaxından məşğul olur, yarana biləcək hər bir çətinlikdə əməkdaşlara dəstək göstərərək problemləri həll edirəm.
2018–2022 — Bakı Dövlət Universiteti, Beynəlxalq Münasibətlər ixtisası (Bakalavr)
Kurslar və Təlimlər
Dövlət qulluğuna hazırlıq
EDU Company-“Mühasibat uçotu
Mühasibatlıq və Vergi Uçotu üzrə Təlimlər
AG Company – “Mühasibat uçotu və 1C proqramı”
MB Consulting Company MMC – “Vergi uçotu”
Bakı Biznes Məktəbi – “Vergi uçotu”
VM GROUP ACADEMY – “Vergi uçotu”
Elektrik avadanlıqları və texniki məhsullar üzrə idxal əməliyyatlarının uçotunun aparılması
Xarici köçürmələrin və valyuta əməliyyatlarının uçotu, bank sənədlərinin hazırlanması
Anbar qalığının nəzarətdə saxlanılması, məhsul hərəkətinin sistem üzərindən izlənilməsi
Təchizatçılarla və müştərilərlə hesablaşmaların idarə olunması
Gömrük sənədlərinin və idxal xərclərinin uçotda düzgün əks etdirilməsi
Rəhbərlik üçün aylıq daxili maliyyə analizlərinin hazırlanması
Satış dövriyyəsi və maya dəyəri üzrə hesabatların tərtibi
Əmək müqavilələrinin EMAS sistemi üzərindən hazırlanması, dəyişdirilməsi və xitam verilməsi
İşçilərin şəxsi işlərinin və kadr sənədlərinin hazırlanması
Bir Mühasib” MMC – Mühasib (Konsaltinq şirkəti)
Avqust 2022-İyun 2025
Vəzifə və öhdəliklər:
Mühasibat uçotu üzrə ilkin sənədlərin təşkili və rəsmiləşdirilməsi
Mühasibat sənədlərinin saxlanılması və müəyyən olunmuş qaydada arxivə təhvil verilməsi
Əsas vəsaitlərin uçota alınması və inventarizasiyasının aparılması
Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi üzrə uçotun və sənədləşmənin təşkili
Debitor və kreditor borclarının uçotu, üzləşmələrin aparılması və idarəedilməsi
Vergi və digər hesabatların hazırlanması və təqdim edilməsi (ƏDV, ÖMV, Əmlak, Mənfəət vergisi, Vahid bəyannamə, DSMF, Statistika və s.)
Maliyyə hesabatlarının tərtib edilməsi
Debitor və kreditor borclar üzrə hesabatların hazırlanması və ödənişlərin izlənməsi
Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və rəsmi yazışmaların aparılması
Qaimə-fakturaların və digər sənədlərin ofisdaxili qeydiyyatının aparılması
Online kargüzarlıq sisteminin gündəlik yoxlanılması və dövlət qurumlarından daxil olan məktubların cavablandırılması
Əmək müqavilələrinin hazırlanması, dəyişikliklərin və xitam əməliyyatlarının EMAS sistemi üzərindən rəsmiləşdirilməsi
İşçilərin məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri və əməkhaqqı hesablamalarının aparılması
Şəxsi işlərin (kadr qovluqlarının) formalaşdırılması və kadr sənədlərinin uçotunun aparılması
Əmrlərin, arayışların və digər kadr sənədlərinin hazırlanması
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq icra olunması.
Mühasib köməkçisi | Fərdi Sahibkar (Konsaltinq Mühasibatlıq Xidmətləri)
Fevral 2020 – Avqust 2022
İlkin sənədləşmə: Elektron Qaimə-Fakturaların tərtib olunması, daxil olan qaimələrin, təhvil-təslim aktlarının yoxlanılması və sistemə işlənməsi.
Bank və kassa əməliyyatları: İnternet-Bankinq üzərindən ödəniş tapşırıqlarının hazırlanması, vergi, rüsum və mal/xidmət ödənişlərinin icrası.
Kadr və əməkhaqqı sənədləşməsi: e-sosial portalı üzərindən əmək müqaviləsi bildirişlərinin (işə qəbul, xitam, dəyişiklik) işlənməsi və tabel uçotunun aparılması.
Əməkhaqqı hesablamaları: İşçilərin aylıq əməkhaqqı, məzuniyyət və son haqq-hesab məbləğlərinin ön hesablamalarının aparılması.
Sənəd dövriyyəsi və arxivləşdirmə: Xidmət göstərilən müştərilərin (MMC və fərdi sahibkarların) ilkin mühasibatlıq sənədlərinin toplanması, çeşidlənməsi, doğruluğunun yoxlanılması və arxivləşdirilməsi.
1C: Mühasibatlıq proqramında işləmək
İlkin mühasibat sənədləri ilə iş (hesab-faktura, qaimə, akt, müqavilə və s.)
Vergi və mühasibat uçotunun aparılması
ƏDV üzrə əməliyyatların icrası və nəzarəti
e-Taxes və digər elektron vergi sistemləri ilə işləmək
Mühasibat hesabatlarının hazırlanmasında iştirak (dövriyyə cədvəlləri, debitor və kreditor borclar)
Bank əməliyyatlarının aparılması (bank çıxarışları, ödəniş tapşırıqları)
Müqavilələrin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsi
HR sənədləri ilə iş (işə qəbul, əmək müqavilələri, işçi sənədləri)
ƏMAS və digər elektron sistemlərlə işləmək
Sənədlərin düzgün, dəqiq və vaxtında hazırlanmasının təmin edilməsi.