FƏALİYYƏT İSTİQAMƏTLƏRİ VƏ İXTİSASLAŞMA SAHƏLƏRİ
1. Sənaye və istehsalat obyektlərinin tikintisi: Fabrik, zavod, istehsalat müəssisələri və müxtəlif təyinatlı sənaye komplekslərinin layihələndirilməsi, tikintisi və inşaat-montaj işlərinin həyata keçirilməsi.
2. Monolit və yığma dəmir-beton konstruksiyaların tikintisi: Monolit dəmir-beton və prefabrik panel konstruksiyalardan ibarət çoxmərtəbəli yaşayış, inzibati və kommersiya binalarının inşası.
3. Metal konstruksiyaların hazırlanması və quraşdırılması: Müxtəlif təyinatlı metal daşıyıcı konstruksiyaların istehsalı, montajı, quraşdırılması və mühəndis-texniki həllərin tətbiqi.
4. Fasad sistemlərinin layihələndirilməsi və quraşdırılması: Binaların xarici üzlük və fasad işlərinin həyata keçirilməsi, alüminium kompozit panellərin, şüşə-alüminium fasad sistemlərinin və digər müasir üzlük materiallarının tətbiqi və montajı.