Azərbaycan dili
·
English
·
Русский язык
Bizimlə əlaqə
(012) 526-44-11boss@boss.az



(012) 526-44-11boss@boss.az
Azərbaycan dili
English
Русский язык
Azərbaycan dili
2006-2026 Digital Classifieds MMC. VÖEN: 1405631661
Saytın xəritəsi
Rezümelər
/
Bütün rezümələr
/
Maliyyə və Mühasibatlıq
/
Mühasib
/
Bakı
/
Baş mühasib
Elanı Seçilmişlərə əlavə edin

GA

Gülşən Arif İbrahimova

Baş mühasib
1000 ₼
/ ayda
Şəhər
Bakı
Yaş
47
Təhsil
Natamam ali
İş təcrübəsi
5 ildən artıq
№ 620359
Dərc edilib: 04.11.2026
Baxış sayı: 2
Şəhər
Bakı
Yaş
47
Təhsil
Natamam ali
İş təcrübəsi
5 ildən artıq

Haqqımda

1. Müəssisənin təsis edilməsi(VÖEN-nin alınması), bank hesablarının(AZN,USD,RUBL və s) açılması(müxtəlif banklarda), post terminalların sifarişi, kassaların sifarişi və rəsmiləşdirilməsi.

2. İşçilərə aylıq əmək haqqı hesablanması, işçilərə məzuniyyət haqqının, analıq məzuniyyətinin hesablanması, xəstəlik müavinətinin hesablanması, son haqq hesabın hazırlanması və ödənişlərinin yerinə yetirilməsi, ə/h kartlarının sifarişi

3. Debitor və kreditor borclar üzrə hesablaşmaların həyata keçirilməsi və ona nəzarət

4. Anbar uçotunun həyata keçirilməsi

5. Tikinti layihələri üzrə material və s. xərclərin texniki uçot və F2-lər üzrə silinməsi

6. Müqavilə, Qiymətlərin razılaşdırma protokolu, təhvil-təslim aktlarının hazırlanması, üzləşmə aktının tərtib olunması, Təsisçi ilə borc müqavilələrinin, qərar və s.sənədlərin hazırlanması

7. Elektron qaimə fakturanın hazırlanması və göndərilməsi

8. Bank və ƏDV depozit hesabı vasitəsi ilə online ödənişlərin edilməsi(ölkədaxili və xarici köçürmələr), Korperativ kart sifarişi

9. Gömrük işlərinin idarə edilməsi və brokerlərə rəsmiləşdirmə prosesində dəstək olunma

10. Obyekt kodunun alınması (Təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatdan keçirilməsi), Fəaliyyət kodlarının dəyişdirilməsi

11. Gəlirlər haqqda hesabat (GHH), Maliyyə vəziyyəti haqqda hesabat (MVHH), Pul vəsaitinin hərəkəti haqqda hesabatların (PVHH) tərtib olunub rəhbərliyə təqdim olunması

12. Maliyyə hesabatlarının təhlili

13. ÖMV, ƏDV, Əmlak, Torpaq, Mənfəət, Sadələşdirilmiş, F.Ş. Gəlir vergi bəyannamələrinin hazırlanması, təqdim edilməsi və ödənməsinin həyata keçirilməsi

14. Vahid bəyannamə hesabatının hazırlanması və təqdim edilməsi

15. Statistika hesabatları (1 müəssisə, 1 əmək, 4 əmək, 12 istehsal-tikinti)

16. Emas: işçilərlə əmək müqaviləsinin bağlanılması, müqaviləyə dəyişiklik edilməsi (sima imza), müqaviləyə xitam verilməsi, məzuniyyət əmrinin verilməsi, struktur əməliyyatlarının yerinə yetirilməsi

17. Vergilərlə yaranmış məsələlərin həlli - Gündəlik online kargüzarlığın (gələn məktubların) izlənməsi, daxil olmuş məktubların cavablandırılması, uyğunsuzluqların aradan qaldırılması və s.

18. Kompüter proqramlarında (Word, Excell, 1C 8.3) e taxes, e-gov, e-customs, emas və digər hökumət portallarında işləmə bacarığı


Təhsil: Natamam ali

"Bakı Biznes və Kooperasiya Kolleci" Mühasibat uçotu,nəzarət və təsərrüfat fəaliyyətinin təhlili-1994-1996

SERTİFİKATLAR "PMS"- MHBS 20.10.2024

"APFM (ICEF,İFRS )"- Microsoft Office" 10.05.2023-27.12.2023

MKC - Tədris Mərkəzi" 14.12.2010-28.03.2011


İş təcrübəsi: 5 ildən artıq

"AMEA - Riyaziyyat və Mexanika İnstitutu" 30.02.2013-16.02.2026 MÜHASİB

"Tavriya" 03.05.2012-2026 İAM BAŞ MÜHASİB

"Fərqlənmə Consulting Group" MMC MÜHASİB 2026

Gülşən Arif İbrahimova
Minimum maaş:

1000 ₼-dan

Elanı Seçilmişlərə əlavə edin